İdman

“Neftçi” braziliyalı hücumçunu heyətinə qatıb

Braziliyanın “İnternasional” klubundan ayrılan futbolçu Gilyerme Pato karyerasını Azərbaycanda davam etdirəcək.

“Report” Porto Aleqre təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu “Neftçi” ilə anlaşıb.

Braziliyalı forvardın müqaviləsinin detalları barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, “İnternasional”ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında “Ponte Preta”da, 2021-ci ilin ikinci yarısında isə “Kuyaba”da çıxış edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button