İdman

“Neftçi” 3 qolla liderliyə yüksəldi, “Sabah” uduza-uduza gedir

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, hər iki matç Bakıda paytaxt klublarının iştirakı ilə baş tutub.
Günün ilk paytaxt derbisində autsayderlərin savaşı olub. Qələbə nə olduğunu bilməyən “Keşlə” və “Sabah” sonuncu pillədən uzaqlaşmaq üçün üz-üzə gəlib. Sənan Qurbanovun cəza səbəbindən tribunadan izlədiyi matçda “Keşlə” cari mövsüm ilk qələbəsini qazanıb.
Qarşılaşmaya qolla başlayan ev sahibləri son saniyələrdə daha bir dəfə fərqlənərək, sonuncu pillədən qurtulub. “Sabah”ın isə qalibiyyətsiz oyunlar seriyası davam edir. 5-ci yenilgisini alan Ramin Quliyevin yetirmələri isə autsayder mövqeyində tək qalıb.
Son çempion “Neftçi” səfər matçına çıxıb. Samir Abasovun yetirmələri iddiasız meydan sahiblərinə sensasiya imkanı verməyib. 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” ən azı bir günlük liderliyə yüksəlib.
Qeyd edək ki, turun ilk günündə “Zirə” – “Sumqayıt” matçı (1:0) baş tutub. Sabah liderlər “Qarabağ”la “Qəbələ” üz-üzə gələcək.
Azərbaycan Premyer LiqasıVI tur2 oktyabr (şənbə)17:00. “Keşlə” –“Sabah” – 2:0Qollar: Merab Qiqauri, 3, Felipe Santos, 90+5Baş hakim: Rəşad Əhmədov“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 21. Miyusko Boyoviç, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 14. Turan VəlizadəEhtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 7. Rəhman Hacıyev, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 95. Rəhman DaşdəmirovMəşqçi: Zaur İsmayılov“Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 7. Petar Skuletiç, 33. Camal CəfərovEhtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 21. İldar Alekperov, 77. Veysəl Rzayev, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 13. Abdulla RzayevBaş məşqçi: Ramin Quliyev“ASK Arena”
19:15. “Səbail” – “Neftçi” – 1:3Qollar: Nikolas Raysel, 90+5 – Yusuf Laval, 26, Tiaqo Bezerra, 45+1, 78Baş hakim: Vüqar Həsənli“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan QarəhmədovEhtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 99. Vidadi Cəfərov, 38. Zeynəddin AbdurahmanovBaş məşqçi: Aftandil Hacıyev“Neftçi”: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 14. Romen Bask, 9. Tiaqo Bezerra, 20. Mert Çelik, 37. Vüsal ƏsgərovEhtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 29. Sabir Buqrin, 11. Harramiz Soares, 91. Ramon Maçado, 36. Mamadu Kane, 7. Xorxe Korrea, 21. İsmayıl ZülfüqarlıBaş məşqçi: Samir Abasov“ASCO Arena”

1

Neftçi

6

4

1

1

13-7

13

2

Qəbələ

5

3

2

0

11-3

11

3

Qarabağ

5

3

2

0

9-3

11

4

Zirə

6

3

2

1

8-5

11

5

Sumqayıt

6

2

1

3

4-4

7

6

Səbail

6

2

0

4

4-13

6

7

Keşlə

6

1

1

4

4-10

4

8

Sabah

6

0

1

5

2-10

1

Bombardirlər: Davit Volkov (“Zirə”) – 5, Ülvi İsgəndərov (“Qəbələ”), Filip Ozobiç (“Qarabağ”) – 3.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button