Cəmiyyət

Neftçalada qardaşını bıçaqlayaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Neftçala rayonunda qardaşını bıçaqlayaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə “Report”a rayon prokurorluğundan məlumat verilib.
Belə ki, 2021-ci ilin iyulun 8-də Neftçala rayonunun Həsənabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Zaur Məmmədovun bıçaqla sağlamlığına ağır xəsarət yetirilməsi və onun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qardaşı Vahid Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Zaur Məmmədova xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən ölüb.
Toplanan kifayət qədər sübutlar əsasında Vahid Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyatı üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button