Cəmiyyət

Neftçalada avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Neftçalada bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin M.Ə.Sabir küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində Neftçala şəhər sakini, 1963-cü il təvəllüdlü Əliyev Hilal Bilal oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button