İqtisadiyyat

Neft ucuzlaşıb

Dünya bazarInda neftin qiyməti aşağı düşüb. İnvestorlar bazarda təklifin artım perspektivlərini qiymətləndirirlər.

“Report” birja məlumatlarına istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,94% ucuzlaşaraq, 1 bareli 93,92 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,97% aşağı düşərək, 1 bareli 92,75 ABŞ dolları təşkil edib.

Neft investorları ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqların uğurla davam etdiyi bir zamanda “qara qızıl” bazarında təklifin artması perspektivlərini qiymətləndirirlər.

Analitiklərin fikrincə, bu danışıqlardakı müsbət irəliləyişlər neft qiymətlərinə “sakitləşdirici” təsir göstərəcək, belə ki, yeni tədarük imkanları tələb və təklif arasındakı disbalansı azaldacaq.

Bundan başqa, treyderlər həftə ərzində ABŞ-da neft ehtiyatlarının 1,1 milyon barel artaraq, 411,5 milyon barelə çatması haqqında məlumatları qiymətləndirirlər. Analitiklər isə ehtiyatların 1,6 milyon barel azalacağını gözləyirdilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button