İqtisadiyyat

Neft Fondu bu il “Şahdəniz”-dən 71 mln. dollara yaxın gəlir əldə edib

Bu ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 70 978 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 45,8% azdır.
ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Şahdəniz” yatağı üzrə daxilolmaların 57 131 min dolları kondensatın payına düşüb.
Məlumata görə, ötən ilin yanvar-iyun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 131 mln. dollar təşkil edib.
Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF “Şahdəniz” yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.
Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button