İqtisadiyyat

Neft Fondu “AAA” reytinqli investisiya alətlərinə sərmayələrini artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında (“Cənub Qaz Dəhlizi”, Azərbaycan Beynəlxalq Bankı və SOCAR istiqrazlarını çıxmaq şərti ilə) 2021-ci il 30 iyun tarixinə birinci yerdə “AAA” reytinqli investisiya alətləri qərarlaşıb.
“APA-Economics”in ARDNF-nin cari ilin II rübünün yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 30 iyun 2021-ci il tarixinə qeyd olunan göstərici 56,2% təşkil edib, bu da 31 dekabr 2020-ci ilə olan göstərici ilə müqayisədə 1,3% bəndi çoxdur.
Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 14,1%-i “AA” reytinqli, 19,8%-i “A” reytinqli, 8,7%-i “BBB” reytinqli, 1,2%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.
Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 36,7%-i 0-1 il, 24,9%-i 1-3 il, 21,5%-i 3-5 il, 16,9%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.
Xatırladaq ki, hesabat dövrünə ARDNF-nin cəmi investisiya portfeli 44 104,65 mln. manata çatıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button