Dünya

Niderland Hindistanla dostluğu yüksək qiymətləndirir

Niderland xarici işlər naziri Vopke Hoekstra Hindistanı dünya səhnəsində mühüm oyunçu adlandırıb və Amsterdamın iki ölkə arasındakı dostluğa çox böyük əhəmiyyət verdiyini söyləyib.

Yerli media xəbər verir ki, Hindistan prezidenti Ram Nat Kovindin bu ölkəyə səfəri zamanı iki tərəfli görüşdə Vopke Hoekstra həmçinin Hindistanla dostluğu yüksək qiymətləndirib.

V.Hoekstra mediaya bildirib ki, əlaqələr keçmişdə çiçəklənib, indiki dövrdə münasibətilər yüksək səviyyədədir və gələcəkdə daha da yaxşı olmağa hazırdır: “Kovindin səfəri iki ölkə arasında dostluğun, ikitərəfli münasibətlərin və ticarət əlaqələrinin dərinliyi və genişliyindən xəbər verir. Hindistan və Hollandiya diplomatik əlaqələrinin 75 illiyini qeyd edirlər.  Hazırda Hindistan kimi mühüm tərəfdaşla ortaq dəyərlərimizi müzakirə etmək və əməkdaşlığımızı gücləndirməyə davam etmək vacibdir”.

Prezident Kovind Kral Villem-Aleksandr və Kraliça Maksimanın dəvəti ilə Niderlanda səfərə gedib. Bu, Prezident R Venkataramanın 1988-ci ildə səfərindən sonra 34 il ərzində Niderlanda ilk prezident səfəridir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button