Cəmiyyət

Nazirlik: “Vətən müharibəsində ağır yaralanan qazilərimiz üzərində 250-dən çox əməliyyat keçirilib” 

“Bu il ərzində Vətən müharibəsində ağır yaralanan qazilərimizə 250-dən çox əməliyyat həyata keçirilib”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov deyib.
Onun sözlərinə görə, hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alırıq: “Müharibə yaraları mülki praktikada görülən travmadan nisbətən fərqlidir; demək olar ki, hamısı çirkli yaralardır. Güllə və qəlpə yaraları əhəmiyyətli orqanlara, sümüklərə və yumşaq toxumalara kütləvi ziyan vura bilərlər. İnfeksiya böyük bir təhlükədir və septik cərrahiyyə qaydaları tətbiq olunur. Mülki praktikada heç bir zədələnmə qəlpə parçaları, mina səbəbiylə meydana gələn travmatik amputasiya və ya yüksək kinetik enerji transferi istehsal edən hərbi tüfəng gülləsinin dağıdıcı zərbəsi nəticəsində yaranan travma ilə müqayisə edilə bilməz. Silahların quruluşu, qoruyucu bədən zirehləri və nəqliyyatda hər hansı bir gecikmə yaralanmasını ağırlaşmasına təsir edəcək. Müharibə əsnasında real bir vəziyyət meydana gəlir və təsirləri ciddi şəkildə hiss olunur. Müharibənin baş verdiyi ərazi; stresin sıx olduğu, tələblərin yüksək olduğu və klinik tətbiqlərin avtomatik olaraq edildiyi mühitlərdir”.
İ.Qasımov əlavə edib ki, yaralanma yerində və ya döyüş sahəsinə yaxın olan ən təhlükəsiz bölgədə ilk yardım və sürətli evakuasiya həyati əhəmiyyət kəsb edir, gecikmə isə ölüm və ağırlaşmanı artırır: ” İlk yardım qeyri -kafi və ya uyğun deyilsə və ya təxliyə zənciri uzundursa, nəticənin nə olacağına hadisənin mahiyyəti qərar verəcəkdir. Bununla birlikdə, təxliyə müddəti artdıqca xəstəxana ölümləri azalır, çox uzun gecikmələr olduqda, ağır yaralılar xəstəxanaya çatmadan çoxdan ölür və cərrahlar vaxtlarının çoxunu sağ qalanların septik komplikasiyaları ilə keçirirlər. 1-ci Qarabağ müharibəsindən fərqli olaraq, son 30 ildə Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması , yeni aeroportların tikilməsi , 2-ci Qarabağ müharibəsində yaralıların evakuasiyasını asanlaşdırdı və tezləşdirdi”.

İlqar Qasımov

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button