Cəmiyyət

Nazirlik Müəllimlər Günü münasibətilə məktəblərdə pul yığılmasına münasibət bildirib

Təhsil Nazirliyi məktəblərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması iddialarına münasibət bildirib.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, hər bir şagirdin öz müəlliminə səmimi ürək sözləri ən böyük hədiyyədir.
“Bu mövzuda hər hansı qeyri-qanuni tələb olarsa, valideynlər anonim olmadan nazirliyin Qaynar xəttinə müraciət edə bilərlər”, – nazirlikdən bildirilib.
14.11
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məktəblərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması iddialarına münasibət bildirib.
İdarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edir.
“Ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur” – idarədən qeyd olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button