Gündəm

Nazirlər  mətbuat konfransı keçirib

Bu gün,iyulun 26-da  Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviçlə  birgə mətbuat konfransı keçirib.

AZƏRTAC-ın xəbərinə görə, C.Bayramov deyib ki, iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilir. 

O əlavə edib ki, Nikola Selakoviçlə   görüşündə ticarət dövriyyəsinin bundan sonra da artırılması istiqamətində müzakirələr aparılıb, iyulun 27-də Azərbaycan ilə Serbiya arasında Hökumətlərarası Komissiyanın iclası olacaq, daha sonra isə biznes forum keçiriləcək.

“ Eyni zamanda, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu”, – deyə Ceyhun Bayramov vurğulayıb.

Serbiya Xarici İşlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyəti İyulun 25-də Azərbaycana gəlib.Elə həmin gün Prezident İlham Əəliyev onu qəbul etmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button