Gündəm

Nazir Türkiyə-Azərbaycan universitetinin yaradılmasından danışdı – yenilənib

Gürcüstan-Azərbaycan universitetinin yaradılması müzakirə edilməyib. Gürcüstan universitetləri ilə əməkdaşlıqda Azərbaycan dilində tədris edən müəllimlərin hazırlanmasından söhbət gedir. Bunu birgə universitet kimi yox, birgə tərəfdaşlıq, birgə proqramlar kimi təsvir etməliyik”.

Bunu təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Türkiyə-Azərbaycan Universitetinin yaradılması məsələsinə gəldikdə isə nazir deyib ki, türkiyəli həmkarlarla müzakirələr davam edir: “Universitet açmaq elə də asan məsələ deyil. Türkiyə bizə qardaş ölkədir. Amma nəzərə almaq lazımdır ki, Türkiyə ayrı hüquqi sistemi olan bir dövlətdir. Ona görə də uyğunlaşdırmaların aparılması üçün müzakirələr aparılır. Çox ümid edirik ki, bu il, amma alınmasa gələn ildən tələbələri qəbul etməyi planlaşdırırıq. Bu istiqamətdə yaxın vaxtlarda Türkiyəyə nümayəndə heyətimizin səfəri gözlənilir”.

***

Türkiyə-Azərbaycan universitetinin yaradılması ilə bağlı müzakirələr davam edir.

Bunu təhsil naziri Emin Əmrullayev xaricdə təhsilə dair 2022–2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirdiyi brifinq zamanı deyib.

Onun sözlərinə görə, universitetin yaradılması qısa bir proses deyil.

“Ümid edirik ki, bu il və ya gələn illərdən bu universitetə tələbə qəbulunu planlaşdırırıq”, – deyə nazir əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button