Cəmiyyət

Nazir: “Tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb”

“Tədrisin başqa dillərdə olduğu siniflərdə Azərbaycan dili fənninin tədrisinin artırılması nəzərdə tutulub”.
“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.
“Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan dili fənni üzrə saatlar 2 dəfə artırılıb. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bunu yaxşı qarşılayacaq”, – deyə nazir əlavə edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button