Cəmiyyət

“Azərbaycanda qız uşaqlarının 90%-dən çoxu təhsil ala bilir” – yenilənib

“Bu gün Azərbaycanda qız uşaqlarının 90 %-dən çoxu təhsil ala bilir. Burada heç bir hüquqi maneə yoxdur. Bununla belə müəyyən hallarda isə qızların təhsildən yayındırılması qeydə alınır və bu bizi narahat edir”.
“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, məktəbə getməyən qız gələcəkdə ailə quraraq ana olacaq: “Nəticədə həmin qadının öz övladının təhsili ilə məşğul olmasında çətinlik yaranacaq. Biz təhsilsiz qalan qızların problemlərinin gizlədilməsi tərəfdarı deyilik. Məsələ qısa müddət ərzində nə qədər çox üzə çıxarılsa bir o qədər də problemin həlli istiqamətində addımlar atıla bilər”.

O əlavə edib ki, ali məktəblərə qəbul zamanı ixtisasların qız və oğlanlar arasında paylanmasında müəyyən uyğunsuzluqlar var: “Kişilərə aid edilən ixtisaslarda qızların sayı hələ də aşağı səviyyədədir. Bu da bizi ciddi müzakirə aparmağa sövq edir. İstərdim ki, bu sahədə bərabərliyi təmin edək”.

***

“Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq. Ona görə də biz kişi müəllimlərin sayının çox olmasını istəyirik”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ölkədə hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir: “Məlum olur ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir. Onu da qeyd edək ki, qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətdə yaxşıdır. Növbəti qiymətləndirmə zamanı 15 yaşlı şagirdlər arasında qızların nəticələrinin aşağı düşdüyünü müşahidə edirik. Bunu təhlil etmək lazımdır. Düşünürəm ki, bu təhsil-pedaqoji məsələ ilə bağlı deyil, onların əhatə olunduqları insanların münasibəti və ünsiyyətə məruz qaldıqlarını hallarla bağlıdır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button