Cəmiyyət

Nazir: “Azərbaycanda kənd və meşə təsərrüfatı sahələri üzrə mütəxəssislər azdır”

“Azərbaycanda məşğul əhalinin 36 %-i kənd və meşə təsərrüfatında işləyir. Lakin muzdla işləyənlərin içərisində bu faiz çox aşağıdır”.
“Report” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu sahədə işləyən insanların böyük əksəriyyəti ya peşəkar olaraq işləmir, yəni öz ailə təsərrüfatında işləyirlər, yaxud da qeyri-formal çalışırlar: “Bu gün işəgötürənlərin cəmi 3,3 %-i kənd təsərrüfatında işləyir. İşçilərin isə 2,8 %. Deməli, bu da bir çağırışdır. Bunun da öhdəsindən hamımız birlikdə gəlməliyik”.
“Bu gün Azərbaycanda kənd torpaqlarının təqribən 50 %-i istifadə olunur. Kənd təsərrüfatında işləyən şəxslərin sadəcə öz seqmentimiz üzrə məhsuldarlıq əmsalları istədiyimiz səviyyədə deyil. Bunun üçün də mütəxəssislər lazımdır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button