Siyasət

Nazir: “Azərbaycan Bolqarıstan üçün vacib strateji tərəfdaşdır”

“Azərbaycan Bolqarıstan üçün vacib strateji tərəfdaşdır. Bu ölkə ilə gələcək birgə əməkdaşlığa böyük ümidlər bəsləyirəm”.

Bunu Bolqarıstanın turizm naziri Xristo Prodanov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Hüseynov ilə görüşü zamanı bildirib.

Nazir Azərbaycanın Bolqarıstan üçün perspektivli turizm bazarı olduğunu və azərbaycanlı turistlərin bir çox hallarda ailəvi istirahət üçün Bolqarıstana üstünlük verdiklərini əlavə edib. “COVID-19 pandemiyası öz mənfi təsiri göstərmiş oldu, lakin turizm sahəsini inkişaf etdirmək üzərində işləməkdə davam etməliyik”, – o deyib.

Görüş zamanı hər iki ölkədə aparılan peyvəndlərə prosesi müzakirə edilib, pandemiya səbəbindən dayandırılmış Bakı-Sofiya-Bakı aviareyslərinin bərpası ilə bağlı fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button