Siyasət

Nazarbayev Nur-Sultandadır – Səfir

“Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev hazırda Nur-Sultan şəhərindədir”.

İstiqlal.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında Nazarbayevin harada olması ilə bağlı suala Birinci Prezidentin mətbuat katibi Aidos Ukibayın bəyanatına istinad edərək, onun paytaxtda olduğunu bildirib:”Elbası bir sıra məşvərət görüşləri keçirir və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır. Nursultan Nazarbayev Qazaxıstana dost olan dövlət başçıları ilə də bir neçə telefon danışığı aparıb”.

Diplomat Almatıdakı hadisələr fonunda göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib. Qazaxıstanda baş verən hadisələrin faciə olduğunu qeyd edən S.Abdılarimov Türk Dövlətləri Təşkilatı XİN rəhbərləri Şurasının videokonfransında ifadə etdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button