İqtisadiyyat

Naxçıvanda rabitə şəbəkələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı işlərə başlanılıb

Naxçıvan Muxtar Respublikasında telekommunikasiya şəbəkələrinin 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlığı ilə bağlı işlərə başlanılıb.
Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələyə dair keçirilən müşavirədə tapşırılıb ki, yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılsın, mal-material ehtiyatı yaradılsın.
Tapşırıqların icrasının təmin edilməsi məqsədilə nazirlikdə tədbirlər planı təsdiq olunub və plana uyğun olaraq səlahiyyətli mütəxəssislərin iştirakı ilə muxtar respublikada telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı monitorinqlərə başlanılıb. Monitorinqlər ilkin olaraq Naxçıvan şəhərində, Şərur, Babək və Kəngərli rayonlarında aparılır.
Monitorinqlər zamanı avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, aşkar olunan çatışmazlıqlar aradan qaldırılır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button