İqtisadiyyat

Naxçıvanda 315 min manat vəsait bərpa edilərək büdcəyə ödənili

2021-ci ildə Naxçıvan MR-da 315 286 manat vəsait bərpa edilərək dövlət büdcəsinə ödənilib. Yerində təşkil olunmuş yoxlamalar zamanı müəssisə və təşkilatlarda əmək intizamına əməl edilməməsi, təyinatdan kənar xərc əməliyyatları, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi və enerjidən israfçılıqla istifadə halları aşkarlanaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, 71 vəzifəli şəxsə cərimələr tətbiq edilərək, ümumilikdə, 15 min 40 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Bu barədə yerli maliyyə naziri Rafael Əliyev bildirib.

Nazir qeyd edib ki, 2021-ci il Naxçıvan MR-nın dövlət büdcəsinin gəlirlərinin 72%-i və yaxud 104 milyon 353 min 942 manatı muxtar respublikanın Dövlət Vergi Xidmətinin, 21,6%-i və yaxud 31 milyon 404 min 916 manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılıb, 5,3%-i və yaxud 7 milyon 668 min 598 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 1,1%-i və yaxud 1 milyon 610 min 576 manatı isə digər mənbələr hesabına daxil olub.

Ötən il ərzində büdcənin mərkəzləşdirilmiş gəlirləri 117% icra olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button