Dünya

NATO Ukraynaya humanitar missiya göndərə bilər

Ukraynaya NATO-nun humanitar missiyası göndərilə bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anitu Anand jurnalistlərə açıqlamasında deyib.

“Bugünkü iclasda bu məsələ müzakirə oluna bilər. Mən böhranın sülh yolu ilə həllinin tərəfdarıyam” – o bildirib.

Bundan əvvəl alyans NATO-nun Ukraynanı dəstəklədiyini, lakin münaqişəyə birbaşa müdaxilə etmək niyyətində olmadığını dəfələrlə bəyan edib.

Qeyd edək ki, bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyans dövlətlərinin müdafiə nazirlərinin toplantısı keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button