Dünya

NATO-nun baş katibi Lavrovla görüşəcək

NATO-nun Baş katibi Yens Stoltenberq BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Bu barədə “Report” alyansın məlumatına istinadən xəbər verir.
Məlumatda deyilir ki, Nyu -Yorkda olarkən Stoltenberq BMT baş katibi Antonio Quterreşlə, NATO müttəfiqlərinin liderləri və rəsmiləri ilə müzakirələr aparacaq.
Eyni zamanda Avstraliyanın baş naziri, Kolumbiyanın prezidenti İvan Duke, Qana prezidenti Nana Akufo-Addo, Ukrayna prezidenti Volodimir Zelenski, Rusiyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla digər ölkələrin liderləri ilə görüşəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button