Dünya
NATO liderlərinin fövqəladə iclası başlayıb

Brüsseldə NATO liderlərinin Rusiya-Ukrayna müharibəsinə həsr olunmuş Fövqəladə Zirvə iclası işə başlayıb.
Zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarla birlikdə iştirak edir. İclasdan əvvəl Ərdoğan ABŞ Prezidenti Co Baydenlə qısa söhbət edib.