Redaktorun seçimi

NATO da Azərbaycanın 8 hərbçini Ermənistana qaytarmasına münasibət bildirdi

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 hərbçini Ermənistana qaytarmasına münasibət bildirib. O, rəsmi Bakının bu addımını müsbət qiymətləndirib. Bu barədə X.Kolomina tviter səhifəsində yazıb.

“Doğrudan da, yaxşı xəbərdir. NATO həm Ermənistan, həm də Azərbaycan ilə tərəfdaşlığı yüksək qiymətləndirir və onların münasibətlərinin normallaşmasına tərəfdardır ki, bu da regionda sabitliyin və rifahın artmasına töhfə verəcək”.

Qeyd edək ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button