Dünya

Nasist canisi Kanadada vəfat edib

Keçmiş nasist ölüm dəstəsi üzvü, hərbi cani Helmut Oberlander Kanadanın Ontario əyalətinin Vaterloo şəhərində 98 yaşında vəfat edib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, vəkili Miqrasiya və Qaçqınlar İdarəsinə Oberlanderin Kanadada qalması, yaxud Almaniyaya göndərilməsinə dair dinləmənin təxirə salınması üçün müraciət etmişdi.
İkinci Dünya Müharibəsi dövründə Oberlander 1941-1943-cü illərdə əksəriyyəti yəhudilərdən ibarət iki milyondan artıq insanın ölümünə görə məsuliyyət daşıyan “Ek 10a” təşkilatında tərcüməçi işləyib.
Əslən Ukraynadan olan Oberlander ölüm hədə-qorxusu altında əsgər aparıldığını, özünün hər hansı qətllərdə əli olmadığını bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button