Dünya

Napoleona məxsus üçkünc şlyapa və digər əşyalar satışa çıxarılıb

Fransa imperiyasının yaradıcısı Napaleon Bonapartın üçkünc şlyapalarından biri çərşənbə günü “Sotheby’s”dakı “İncəsənətə təsir: Napoleon” adlı onlayn satışda əsas lot olacaq.
“Report” xəbər verir ki, bu barədə hərrac evinin saytında bildirilir.
Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Tilzitdə Rusiya imperatoru I Aleksandrla həmin baş geyimi ilə görüş keçirib. Ekspertlər bildiriblər ki, baş geyimi onun indiki sahibinə azı 600 min avro gəlir gətirəcək
Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatoruna məxsus təxminən 1 000 əntiq əşya satışda olacaq. Üçkünc şlyapadan başqa, hərracda həmçinin Napoleonun kiçik qardaşının naxış açılmış gerblərinin olduğu şamdanlar, Belçika rəssamı Ceyms Ensorun karikaturası (300-500 min avro) və digər əntiq əşyalar satılacaq.
Napoleonun şlyapaları yalnız xatirə əşyaları olmayıb, həm də onun görünüşünün əsas atributuna çevriliblər. Tarixçilərin hesablamalarına görə, yalnız 1800-cü ildən 1812-ci ilə qədər imperator üçün 120-160 qara keçədən iki künclü şlyapalar tikilib. XVIII əsrin sonunda üçkünc şlyapalar onları əvəz edib.
Napoleonla bağlı artefaktların ən böyük satışı Fontebloda 2014-cü ildə keçirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button