Siyasət

Namizədliyini geri götürən sədr: “Hər yerdə yaydılar ki…”

Xəbər verdiyimiz kimi, Əmircan bələdiyyəsinin hazırkı sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

Məsələ ilə bağlı Rəfail Cəfərov “Yeni Sabah”a açıqlamasında xəbəri təsdiq edib və özünün, qohumlarının namizədliyini geri götürməsinin səbəbini açıqlayıb:

“Doğrudur, namizədliyimi geri götürmüşəm. Səbəb belə boş-boş söhbətlər oldu. Hər yerdə yaydılar ki, guya bütün ailə üzvlərim namizədliyini verib. Guya bu günahdır, ya cinəyətdir, anlamıram… Elə ona görə də namizədliyimi götürmüşəm.

Dörd nəfər idi bizdən namizədliyini verən. Onlar da qardaşlarım idi, tanınmış, adlı-sanlı adamlar idi deyə namizədliklərini vermişdilər. Başa düşmürəm, burda qəbahət nə idi? Belə mənfi hallandırdılar hər yerdə, yalandan. Ona görə heç məsləhət bilmədik və geri çəkdik”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button