İdman

Namik Ələskərov: “Qələbəyə ehtiyacımız var idi”

“Matça çox yaxşı hazırlaşmışdıq. Qələbəyə ehtiyacımız var idi”.

Bu fikirləri Türkiyənin “Bursaspor” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərov səfərdə “Denizlispor”a 3:1 hesabı ilə qalib gəldikləri TFF I Liqasının XV tur oyunu barədə danışarkən deyib.

Komandasının ikinci qoluna imza atan 26 yaşlı yarımmüdafiəçi qalibiyyətin davamını gətirmək istədiklərini bildirib: “Əsas məsələ uğurun davamını gətirməkdir. Ümid edirəm ki, bu, uğurlu seriyanın başlanğıcı olacaq”.

Qeyd edək ki, Namik Əsəlkərov mövsümün əvvəlində Bursa təmsilçisi ilə iki illik müqavilə imzalayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button