Mədəniyyət

Nərgiz Əliyevadan yaya vida (FOTO)

Bakı. Trend:
Tanınmış kino və serial aktrisası Nərgiz Əliyeva fotosessiyasını təqdim edib.
Tez-tez sosial layihələrə imza atan aktrisa bu dəfə dizayner Nisə Əzizova imzalı fotolarını təqdim edib.
Onun şəkillərinin müəllifi Tural Həsənzadədir. N.Əliyeva qeyd edib ki, bütün sezon boyu çalışıb, yeni layihələrə imza atıb:

“Bütün il boyu çalışdım, yeni işlər təqdim etdim. Yeni sezonda İctimai Televiziyada yayımlanacaq “Simurq” serialı ilə tamaşaçı qarşısına çıxacam. Bundan əlavə, yeni bir qısametrajlı film üzərində çalışırıq. Həmçinin, rol aldığım “Vağzalı” adlı komediya filminin premyerasına hazırlaşırıq. Pandemiya səbəbindən hələ də təqdimatını edə bilməmişik. BU səbəbdən yay mövsümündə istirahət üçün az vaxtım oldu, avqust ayında özümə və ailəmə diqqət ayıra bildim. Düşündüm ki, yayla vidalaşan bir fotosessiya edim”.
Qeyd edək ki, Nərgiz Əliyeva bir neçə ay bundan əvvəl “Qadın” adlı qısametrajlı layihəsini təqdim etmişdi. O, qız övladlarının seçiminə müdaxilə olunması, psixoloji və fiziki şiddətə etirazını bildirmişdi.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button