Mədəniyyət

Musiqili Teatrda “Leyli və Məcnun”un motivləri əsasında tamaşanın məşqlərinə başlanılıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bəstəkar Ü.Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının motivləri əsasında librettosu və quruluşu rejissor Samir Qulamova məxsus olan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Teatrdan APA-ya verilən məlumata görə, əsərinin quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri, eyni zamanda Məcnun obrazının ifaçısı Əməkdar artist Emin Əliyev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları – Əməkdar artist Elxan Mansurov, Səxavət Məmmədov, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistentləri isə Əmrah Dadaşov və Sevinc Məmmədovadır.

Leyli obrazını VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun obrazını isə respublika və beynəlxalq muğam müsabiqələrinin laureatı Orxan Hüseynli canlandıracaq.

Həmçinin tamaşada Əməkdar artistlər Nadir Xasiyev, Fərid Əliyev aktyorlar – Əmrah Dadaşov, Səmədzadə Xasiyev, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, balet artisti İranə Kərimova, eləcə də teatrın xor və balet heyəti iştirak edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button