Siyasət

Müsavatda başqanlıq uğrunda mübarizə başlayır – Tofiq Yaqiblu da iddiasını açıqladı

Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürəcək.

Savash.org xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun özü məlumat verib.

O bildirib ki, Müsavat başqanlığına namizəd olacaq: ”Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət, partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!”.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 12-də qurultay keçirəcəyini açıqlayıb.

Onu da qeyd edək ki, Yadigar Sadıqovun da Müsavatın hazırkı başqanı Arif Hacılıya rəqib olacağı gözlənilir.

Bu isə o deməkdir ki, qarşıdakı qurultay Müsavat üçün xeyli gərgin keçəcək.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button