Gündəm

Müsavatçılarla polis arasında gərginlik…

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran Xarici İşlər nazirinin Livanın “Əl-Manar” televiziya kanalına müsahibəsində ölkəsi ilə bağlı söylədiklərinə münasibət bildirib.

L.Abdullayevanın vurğulamasına görə, 44 günlük müharibə dövründə bəyan etdikləri kimi, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur: “Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb”.

O qeyd edib ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur: “Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.

DSX İran generalına cavab verdi

Azərbaycan Dövlət Sərhəd Xidməti ( DSX) bu gün, oktyabrın 11-də İranın Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı Əli Qüdərziyə cavab verib.

DSX bildirir ki, son günlərdə İranın kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibəsində general-mayor Əli Qüdərzi həqiqətəuyğun olmayan açıqlamalar verib: “Rəsmi olaraq bildirir ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq”.

Açıqlamaya görə, xaricdən gələn təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələrin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə etməsi barədə iddialar yalandır: “Ermənistan ilə dövlət sərhədində Gorus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycan Respublikasının suveren hüququdur”.

Qeyd edilir ki, hazırda İran ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd-mühafizə orqanlarının tam nəzarəti altındadır.

Xatırlatma

Son aylar Azərbaycan və İran arasında narazılıqlar müşahidə edilir. Azərbaycan rəsmiləri bəyan ediblər ki, İrana məxsus yük maşınları onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşıyır. Habelə, prezident İlham Əliyev İranın bu yaxınlarda Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri çox təəccüblü bir məsələ kimi dəyərləndirmişdi. Amma İran rəsmiləri də qeyd ediblər ki, öz ərazilərində hərbi təlim keçirmək onların suveren hüququdur. İran rəsmilərinin açıqlamasına görə, üçüncü qüvvələr Azərbaycan-İran münasibətlərinin korlanmasında təhrikedici rol oynayır.

Azərbaycan prezidenti isə son çıxışlarının birində deyib ki, “heç kim bizim işimizə burnunu soxmasın”.

Daha sonra isə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadın Bakıdakı ofisi və Hüseyniyyə məscidinin fəaliyyəti dayandırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən yayılan məlumatda buna səbəb kimi koronavirus infeksiyası göstərilib. Məsələyə, hələlik, İranın Azərbaycandakı səfirliyi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button