Gündəm

Mühacirin Bakıda saxlandığı deyilir 

İllərdir Almaniyada yaşayan keçmiş deputatlığa namizəd və İctimai Palatanın üzvü Yeganə Əmiraslanovanı Azərbaycan paytaxtı  Bakıda hüquq mühafizə orqanlarının saxladığı deyilir.  

Bu barədə “Turan ” İnformasiya Agentliyinə  məlumat verən Y.Əmiraslanovanın yaxınları bildirib ki, o, dünən iyulun 29-da Almaniyadan Bakıya gələrkən Heydər Əliyev adına hava limanında saxlanıb. Yaxınları əlavə edib ki, Yeganə Əmiraslanova Almaniya vətəndaşıdır.  

Hazırda yaxınları Y.Əmiraslanovanın harada olduğunu bilmirlər.  

Məsələ ilə bağlı Azərbaycan  Daxili İşlər Nazirliyi və Baş Prokurorluğundan münasibət öyrənmək, hələlik,  mümkün olmayıb.  

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button