GündəmManşet

Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs edilib

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

Məlumatı “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxllıb.

***

Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

Hərbi mənbələrdən “Qafqazinfo”ya verdiyi özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button