Dünya

MSK: Gürcüstanın hakim partiyası seçkilərdə Saakaşvilinin tərəfdarlarını üstələyib

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) seçki məntəqələrində yerli seçkilərdə səsvermənin nəticələrinin 99,92 %-nin hesablamasının nəticəsinə əsasən hakim Gürcü arzusu partiyası liderdir.
“Report” bu barədə Gürcüstan mediasına istinadən xəbər verir.
Komissiyanın məlumatına görə, “Gürcü arzusu” proporsional siyahı üzrə 46,65 % seçici dəstəyi alıb, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin qeyri-rəsmi lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyası 30,7 % səs toplayıb.
Qeyd edək ki, dünən Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. MSK-nın məlumatına görə, seçkilərdə 1 815 776 nəfər iştirak edib, bu, seçicilərin 51,92 %-ni təşkil edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button