Dünya

Mozambik dünyada ilk dəfə tullantıları azaltdığına görə külli miqdarda pul alıb

Mozambik atmosferə zərərli maddələrin tullantılarını azaltdığı üçün Meşə Karbon Əməkdaşlığı Fonundan (“Forest Carbon Partnership”) pul alan ilk ölkə olub.
“Report” xəbər verir ki, bu barədə “Club of Mozambique” məlumat yayıb. Məlumata görə, söhbət təxminən 6,4 milyon ABŞ dollarından gedir.
Ölkənin hakimiyyət orqanları bu vəsaiti tullantıların səviyyəsinin monitorinqi haqqında rəsmi hesabatı təqdim etdikdən sonra alıb. Bundan başqa, Mozambikdə 2020-ci ilin sentyabrından 2021-ci ilin mayına qədər müstəqil yoxlama keçirilib. Ölkə 2019-cu ildən başlayaraq tullantıların miqdarını 1,28 milyon ton azaltmağa nail olub.
Dünya Bankı qeyd edib ki, Mozambikə ödəniş ölkənin tullantıların azaldılması üçün tədbirlərin həyata keçirilməsinə verdiyi töhfəni qiymətləndirmək üçündür. Bu, davamlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, meşə ehtiyatlarından istifadənin monitorinqi və ya istifadə üçün yararsız torpaqların bərpasıdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button