Mədəniyyət

Moskvada “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsi keçirilib

Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsi təşkil olunub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, tədbir Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Muğam gecəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova Azərbaycan muğamlarının UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.

Azərbaycanın Əməkdar artistləri Qoçaq Əsgərov (xanəndə), Babək Niftəliyev (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), xanəndələr Səbinə Ərəbli, Almaxanım Əhmədli, Rafael Əsgərovun (balaban) ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” və digər muğam nümunələri səsləndirilib.

Səfir Polad Bülbüloğlu Moskva Dövlət Konservatoriyasının səhnəsində çıxış edən azərbaycanlı musiqiçilərə təşəkkürünü bildirib.

“Mən bu gün çox xoşbəxtəm ki, Moskva Dövlət Konservatoriyasında “Qarabağ şikəstəsi” səslənir”, – deyə səfir vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button