Siyasət

Moskvada sülh müqaviləsinə hazırlıq görülür? – “Karapetyan Rusiyadadır, Azərbaycandan isə…”

“Ermənistan mediası Moskvada sülh müqaviləsi ilə bağlı müzakirələrin aparıldığı iddiasını tirajlayıb. İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla sülh müqaviləsinin detallarını müzakirə edib”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, son dövrlər Azərbaycanın siyasi-hərbi rəhbərliyindən heç kimin Rusiyaya səfər etmədiyini nəzərə alsaq, bu iddianın reallıqla məsafəsi daha da uzaqlaşır, lakin detallar maraqlıdır:

“Sərhədin delimitasiya və demarkasiya prosesinin SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb;

– Qarabağın “statusu” ilə bağlı erməni tərəfi heç nəyə nail olmayıb: bu məsələ İrəvan tərəfindən hələ də açıq saxlanılır;

– Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılacaq;

– Zəngəzur dəhlizinin açılması reallaşacaq: Ermənistanın yola görə tranzit haqqı alması mümkündür;

– Sənədin tamamlanması yanvar ayına qədər yekunlaşacaq;

Bu məqamlar Azərbaycanın Ermənistana təqdim etdiyi yekun sülh müqaviləsi proqramına uyğundur. Erməni mənbələrin sülh müqaviləsi ilə bağlı müzakirələrin aparıldığı və tirajladıqları detalların həqiqiliyi sual altındadır.

Lakin Azərbaycan-Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimlərinin sülh müqaviləsi masasında Bakının əlini gücləndirəcəyi şübhəsizdir”.

 



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button