Dünya

Moskvada Hərbi Universitetin binasında yanğın olub, 2 nəfər yaralanıb

Rusiya paytaxtı Moskvada Hərbi Universitetin ərazisində baş verən yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı xəsarət alıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib.
Məlumata görə, binadan 100 nəfər təxliyə edilib. Yanğının söndürülməsinə 209 əməkdaş və 72 texnika cəlb olunub. Bildirilib ki, yanğın 1000 kv.m. sahəni əhatə edib.
Yanğının səbəbi araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button