Dünya
Moskva vilayətində beşmərtəbəli binada partlayış olub, 8 nəfər yaralanıb

Rusiyanın Moskva vilayətinin Vidnoye şəhərində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 5-i uşaq olmaqla 8 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətindən bildiriblər.
İlkin məlumata görə, partlayışa səbəb təbii qaz olub.