Siyasət

MOSKVA PAŞİNYANI QƏBUL ETMƏDİ – Putin onunla görüşdən imtina edib

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri baş tutmayıb.

Savash.org xəbər verir ki, Ermənistan mətbuatında yayılan bu məlumatda rəsmi Moskvanın onunla görüşdən imtina etdiyi bildirilir. Hansı ki, bu görüşlə bağlı bir neçə gündür rəsmi mətbu orqanlarda məlumat verilirdi. “News.am”-ın məlumatında deyilir: “Nikol Paşinyanın Moskvaya səfəri təxirə salınıb. Ona görə ki, onun Rusiyanın yüksək rəhbərliyilə görüşünə dair razılıq əldə edilməsi mümkün olmayıb. İkitərəfli Putin-Paşinyan görüşünün təşkili üçün bütün səylər uğursuzluqla nəticələnib. Baş nazirin protokol xidmətinin rəhbəri İrəvana geri çağırılıb.”

Göründüyü kimi, rəsmi Moskva Ermənistan rəhbərliyini və dövlətini sözün əsl mənasında alçaldaraq, ona layiq olduğu yeri göstərmiş olub. Əgər bu xəbər rəsmi təsdiqini taparsa, sözügedən hadisə Ermənistan siyasi tarixinin növbəti biabırçı səhifəsi olacaq.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button