Dünya

Moskva aeroportlarında 150-dən çox aviareyslər təxirə salındı

Axşam saatlarında Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarından həyata keçrilməli olan 150-dən çox uçuş təxirə salınıb və ya ümumiyyətlə ləğv edilib.

Buna şəhərin üzərini alan qatı duman səbəb olub. Əlverişsiz hava şəraitinin gecə yarısınadək davam edəcəyi bildirilib. Rusiya KİV-lərinin yaydığı məlumatlara görə, bu gün səhər saatlarında da adıçəkilən hava limanlarından qalxmalı olan 200-dən çox aviareys yubadılıb və ya ləğv olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button