İqtisadiyyat

“Morgan Stanley”: Neftin qiyməti 100 dollaradək artacaq

ABŞ-ın “Morgan Stanley” bankının analitikləri bu ilin III rübündə “Brent” markalı etalon neftinin bir barelinin qiymətinin 100 ABŞ dollarınadək artacağını proqnozlaşdırırlar.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, öncə ekspertlər qiymətin 90 dollara yüksələcəyini gözləyirdilər.

Analitiklərin fikrincə, qlobal neft ehtiyatları əvvəlki ildə əhəmiyyətli dərəcədə azaldıqdan sonra, 2022-ci ilin sonunadək bir qədər də düşəcək.

Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 1,22% azalaraq 1 barelə görə 87,3 dollar təşkil edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button