Siyasət

Moldova Azərbaycan-Aİ münasibətlərinin inkişafına töhfə vermək istəyir

Moldova Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafına töhfə vermək istəyir.

APA-nın xəbərinə görə, bunu Şuşada səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu jurnalistlərə açıqlamasında bildirib.

İqor Qrosu qeyd edib ki, Azərbaycanla Moldova beynəlxalq təşkilatlarda, ATƏT və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı çərçivəsində yaxşı əməkdaşlıq edir: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda çox maraqlıdır, Moldovanın isə Avropa İttifaqı ilə çox yaxşı münasibətləri var. Coğrafi mövqeyimiz, Avropa İttifaqı ilə münasibətlərimiz və Azərbaycanla dostluğumuz bizə imkan verir ki, hər iki tərəflə münasibətlərdə bu potensialdan istifadə edək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button