Cəmiyyət

Möhsün Nağısoyluya yeni vəzifə verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoyluya yeni vəzifə verilib.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, M.Nağısoylu AMEA prezidentinin humanitar sahə üzrə müşaviri vəzifəsinə təyin olunub.
M.Nağısoylu yeni təyinatı ilə bağlı məlumatı “Report”a təsdiqləyib.
Qeyd edək ki, 75 yaşlı M.Nağısoylu oktyabrın 1-də Dilçilik İnstitutunun direktoru vəzifəsindən azad olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button