Dünya

“Moderna”nın rəhbəri: “Pandemiya gələn ilin payızında başa çata bilər”

“Koronavirusa qarşı dərmanların hazırda artan istehsalı nəzərə alınsa, pandemiya gələn ilin payızında başa çata bilər”.
“Report” “Neue Zürcher Zeitung”a istinadən xəbər verir ki, bunu ABŞ-ın “Moderna” əczaçılıq şirkətinin Baş direktoru Stefan Bansel bildirib.
Onun sözlərinə görə, son altı ay ərzində istehsalat sahələrinin artdığı əsas götürülsə, Yer kürəsində hamının peyvəndlənməsi üçün lazımi miqdarda dərman dozalarının 2022-ci ilin ortalarınadək əldə ediləcəyini gözləmək olar.
Ekspert həmçinin qeyd edib ki, hazırda dünya üzrə geniş yayılan koronavirusun “Delta” ştamı xeyli yoluxucu olduğu üçün peyvənddən boyun qaçıranlar böyük ehtimalla xəstələnəcəklər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button