Gündəm

MN: Hərbi qulluqçu bədbəxt hadisə nəticəsində həlak olub 

Azərbaycan Müdafiə Nazirliyi əsgər Çingiz Hacıyevin bədbəxt hadisə nəticəsində həlak olduğunu bildirir. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində həmin hərbi qulluqçuunun atəşkəsin pozulması ilə bağlı həlak olduğunu açıqlamışdılar.  

Müdafiə Nazirliyindən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, əsgər Çingiz Həziyev  xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub:

“İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır”. 

Hazırda faktla bağlı cinayət işi başlandığı, araşdırma aparıldığı bildirilir. 

Bu məlumata, hələlik, əsgərin doğmalarından münasibət öyrənmək mümkün olmayıb.

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona  nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya  arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son aylar həm Qarabağda Şuşa ətrafında, həm də iki ölkənin sərhəddində atəşkəsin tez-tez pozulduğu deyilirdi. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button