GündəmManşet

MN: “Ermənistanla sərhəddəki bölmələr gücləndirilmiş iş rejiminə keçib”

Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədindəki bölmələri gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, ötən gecə Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button