Dünya

Mixeil Saakaşvilinin ukraynalı deputatla evləndiyi məlum olub

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin Ukraynanın Ali Radasının “Xalqın qulluqçusu” partiyasından deputatı Liza Yasko ilə evləndiyi məlum olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə videoyazını xanım deputat feysbuk səhifəsində paylaşıb.
Videoda M.Saakaşvili deyib ki, hamını Liza ilə bir yerdə olması barədə məlumatlandırmağa qərar verib: “Biz yeni həyat, yeni ailəyə başlayırıq… İstəyirik ki, hər kəs bizim vəziyyəti anlasın və bizə xoşbəxtlik arzulasın”.
Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı 1990-cı illərin ortalarından Sandra Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.
53 yaşlı M.Saakaşvili və 31 yaşlı L.Yasko arasında eşq macərasının yaşanması barədə məlumatlar ötən ilin əvvəlində Ukrayna mətbuatında yer alsa da, onların heç biri bunu təsdiqləmirdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button