Dünya

Mixeil Saakaşvilinin səhhəti yaxşılaşıb

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin sağlamlıq durumu yaxşılaşıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ona baş çəkən həkim qrupunun üzvləri jurnalistlərə məlumat veriblər.

Həkim Nino Şaraşenidze deyib ki, siyasətçi özünü gümrah hiss edir və fiziki cəhətdən gündən-günə daha da yaxşılaşır.

Digər həkim Sandro Tsiskaridze öz növbəsində M.Saakaşvilinin vəziyyəti ilə bağlı ümumi tendensiyanı müsbət qiymətləndirib. Onun sözlərinə görə, sabiq dövlət başçısında bəzi nevroloji pozuntular qalmaqdadır və bunun müalicəsi üçün zaman tələb olunur.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button