Dünya

Mixeil Saakaşvilinin məhkəmədə halı pisləşib

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin məhkəmədə halı pisləşib.

“Report”un yerli bürosu xəbər verir ki, o, məhkəmə zalından çıxarılıb və hakim prosesdə fasilə elan edib.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində eks-prezidentin Gürcüstan sərhədini qanunsuz keçməsi ilə bağlı iş üzrə növbəti iclas keçirilir.

Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. O, ötən gün müstəqil həkimlər qrupuna ünvanladığı məktubunda səhhətinin pisləşdiyini bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button